9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

Mbappe “Bavariya”ya qarşı oynaya bilər

Bir neçə gün əvvəl zədələnən PSJ-nin hücumçusu Kilian Mbappe bərpa dövrünü nəzərdə tutulandan daha tez başa vura bilər.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, fransalı forvardın Çempionlar Liqasının 1/8 final mərhələsində “Bavariya”ya qarşı oynamaq ehtimalı mövcuddur.

Halbuki buna qədər Mbappenin Münhen klubu ilə görüşlərdə çıxış edə bilməyəcəyi deyilirdi.

Ombasından zədələnən Mbappe özü də “Bavariya” ilə görüşlərdə çıxış etmək istəyir. Lakin onun start heyətində yer alması çətin görünür. Böyük ehtimalla, PSJ-nin forvardı ehtiyat oyunçular skamyasında yer alacaq və yalnız sona yaxın meydana çıxacaq.

Qeyd edək ki, PSJ ilə “Bavariya” arasında ilk oyun fevralın 15-də Parisdə, cavab matçı isə 9 martda Münhendə keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30