28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

İtaliyalı məşqçi: “Qəbələ” önündə gördüklərimdən məmnunam”

Rumıniyanın “Sepsi” komandasının baş məşqçisi Kristiano Berqodi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri yoxlama oyununu dəyərləndirib.

Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəssis açıqlamasında 2:2 hesabı ilə nəticələnən qarşılaşmanı belə şərh edib:

“İki dəfə hesabda geri düşməyimizə baxmayaraq, bərabərlik topunu vurmağı bacardıq. Həm birinci, həm də ikinci hissədə yaxşı oynadıq, nəticədən razı qaldım. “Qəbələ” önündə gördüklərimdən məmnunam. Buraxdığımız hər iki qola cavab verə bildiyimiz üçün şadam. Birinci hissədə qoldan sonra üstünlüyü ələ aldıq. Penaltidən buraxdığımız topla geri düşdük. Lakin yenə də ikinci hissədə vəziyyəti dəyişməyi bacardıq. Gündə iki dəfə məşq keçdiyimiz üçün yorğunluq tam gücümüzlə oynamağımıza mane oldu. Futbolçuların matçı zədəsiz başa vurmalarına çox sevinirəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31