28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Bilyaletdinov: “Qarabağ”la oyun Çerçesov üçün daha çətin olacaq"

Rusiyalı mütəxəssis Rinat Bilyaletdinov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" matçından gözləntilərini bölüşüb.

Futbolxeber.az saytının məlumatına görə, o, "Championat"a müsahibəsində bununla bağlı deyib: “Qarabağ”ın “Sürix”i necə keçdiyi aydın deyil. İsveçrə liqası milli komanda kimi yaxşıdır. Onlar həmişə ən yüksək səviyyədədirlər. “Qarabağ”da güclü legionerlər və millinin aparıcı oyunçuları çıxış edir. Növbəti mərhələ Stanislav Çerçesov ("Ferentsvaroş"un baş məşqçisi -red) üçün daha çətin olacaq".

R.Bilyaletdinov həmyerlisi rus mütəxəssis Çerçesovu "Ferentsvaroş"un ÇL-in 3-cü təsnifat mərhələsinə yüksəlməsi münasibəti ilə də təbrik edib.

Qeyd edək ki, "Qarabağ"la "Ferentsvaroş" arasında  ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə keçiriləcək. Bu qarşılaşmaya da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) start veriləcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31