9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

"Legiya"nın baş məşqçisi: "Lukinyas və Emreli yaxşı imkan yaratdılar"

Polşa "Legiya"sının baş məşqçisi Çeslav Mixneviç Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda səfərdə "Spartak"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında komandanın futbolçusu Mahir Emreli haqda müsbət fikirlər səsləndirib.

Futbolxeber.az saytının məlumatına görə, o, millimizin üzvünün sözügedən matçda yaxşı oynadığını deyib:

"Bilirdik ki, Cikiya ("Spartak"ın kapitanı - red) bir qədər yorula bilər. Çünki o, yaxşı oyun nümayiş etdirən Mahir Emreli ilə mübarizədə çox qaçmalı olmuşdu. Onun sayəsində Lirim Kastratinin meydana çıxaraq komandasına kömək etməsi üçün mükəmməl vaxt idi. Daha sonra Tomas Pekhart və Ernest Muçi meydana çıxmağa hazır olduqları ərəfədə Lukinyas və Emreli yaxşı imkan yaratdılar. Bu qolla bitə bilərdi, amma alınmadı. Əvəzetmələrimiz isə bəhrəsini verdi. Futbolçularımız əla kombinasiya yaratdılar və biz qol vurduq".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30