9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

De Byazi: “İtaliya finalda qələbə qazanacaq”

"Avro-2020 başlamazdan əvvəl Belçika, İtaliya və İngiltərə yığmalarının qızıl medallar uğrunda mübarizə aparacağını proqnoz vermişdim. Çox düzgün təxmin etmişəm. Fransızlar məni çox məyus etdilər. Mükəmməl komandaya sahibdirlər, amma görünür, onlarda mentalitetlə bağlı problem oldu".

Fubtolxeber.az saytının məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi Avro-2020 barədə danışarkən deyib.

İtaliyalı mütəxəssis ölkəsinin yığmasının Avro-2020-nin finalında İngiltərəyə qarşı keçirəcəyi matç haqda bunları söyləyib:

"İtaliyanın çətin oyunlardan sonra dincəlmək üçün daha çox vaxtı oldu. İtaliya finalda qələbə qazanacaq. Yarımfinalda İspaniya ilə görüşdə əziyyət çəkdilər. Amma bu vəziyyətdən narahat olmadım. Komanda bundan əvvəl Avstriya ilə çətin matç oynamışdı və öz gücünü göstərmişdi. Topu istənilən yerdə idarə edə bilirlər".

De Byazi İtaliya yığmasının gənc komanda olduğunu vurğulayıb: "Bu oyunçular daha da inkişaf edəcəklər və Roberto Mançiniyə onlarla işləmək çox rahat olacaq. Komandada heç kim özünü ulduz hesab etmir. Hər kəs bir-birini sevir. Meydanda bir-birilərini gözüyumulu başa düşürlər.  İtaliya millisi möhtəşəm ailədir. Onların bir-biriləri ilə heç bir problemi yoxdur".

Qeyd edək ki, iyulun 11-də Uembli" stadionunda keçiriləcək İtaliya - İngiltərə görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30