8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Xarici futbol

Avro-2020: Türkiyədən erkən vida

Avro-2020-nin qrup mərhələsində üçüncü tura start verilib.

Futbolxeber.az saytının məlumatına görə, 10-cu oyun günündə 2 görüş keçirilib.

A qrupunda Türkiyə millisi Bakıda İsveçrə ilə qarşılaşıb. Ən yaxşı qrup üçüncüsü kimi 1/8 finala çıxmaq istəyən Şenol Günəşin komandası bu oyunda da uduzaraq, qitə birinciliyi ilə xalsız vidalaşıb.

Digər matçda isə İtaliya Uelslə üz-üzə gəlib. Oyun italyanların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da “Skuadra Adzurra” qrup mərhələsini top buraxmadan maksimum nəticə ilə başa vurub.

Topların daha yaxşı fərqinə görə Uels ikinci, İsveçrə millisi isə üçüncü olub. Uels yığması 1/8 finala adlayıb. İsveçrə millisinin isə ən yaxşı qrup 3-cüsü kimi 1/8 finala çıxıb-çıxmayacağı digər qrupların oyunlarından sonra bilinəcək.

Avro-2020

A qrupu, 3-cü tur

20 iyun

İsveçrə - Türkiyə 3:1

Qollar: Seferoviç, 6 (1:0), Şakiri, 26 (2:0), Kahveci, 62 (2:1), Şakiri, 68 (3:1)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Bakı Olimpiya Stadionu

İtaliya - Uels 1:0

Qol: Pessina, 39

Qırmızı vərəqə: Ampadu, 55 (Uels)

Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)

Roma, "Olimpiko" stadionu

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30