10 Iyun 2024, Bazar ertəsi
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Xarici futbol

"Bütün türkiyəli azarkeşləri, azərbaycanlı qardaşlarımızı millimizə dəstək olmağa səsləyirəm"

Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir Moldovaya 2:0 hesabı ilə qalib gəldikləri beynəlxalq yoldaşlıq oyunundan sonra keçirilən mətbuat konfransında Avro-2020-dən gözləntiləri barədə danışıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Özdemir deyib: "Son hazırlıq matçımızı Moldovaya qarşı keçirdik. Gözəl matç oldu. Oyunçular yaxşı ötürmələr verdilər. İlk dəqiqələrdən sona kimi oyuna hakim idik. İki cavabsız qolla qalib gəldik. Başda Şenol Günəş olmaqla bütün komandanı, futbolçularımızı təbrik edirəm.
 
Toplanışımız hələ daha bir həftə davam edəcək. Sonra İtaliyaya gedəcəyik. İyunun 11-də Romada Avropa çempionatının açılış matçında İtaliya yığmasıyla qarşılaşacağıq. Təbii ki, ümidliyik. Milli komandamızın orada yaxşı bir nəticə qazanmasını və Bakıda bu uğurun davamını gətirməsini istəyirik. Çünki orada da Uels və İsveçrə ilə matçlarımız var. Əsas hədəfimiz qrupdan çıxmaqdır. Allah nəsib edərsə, futbol şansı da futbolçularımızın yanında olarsa, inşallah, bu qrupdan çıxacağıq" - deyə o bildirib.
 
Qurum prezidenti bütün futbolçuların İtaliya ilə görüşün həyəcanını yaşadığını deyib: "Bu matçı bütün dünya izləyəcək. Futbolçular özlərini bu matçda göstərəkəcələr. Amma hətta Romada uduzsaq belə, qarşıda daha iki oyunumuz, alınacaq 6 xalımız olacaq.
 
N.Özdemir Bakıda oynayacaqları 2 matç haqda da danışıb: "Təəssüf ki, İtaliyaya azarkeş aparmaqda çətinlik çəkirik. Burada həm viza ilə bağlı problemlər var, həm də bizə ayrılan yer azdır. Amma Bakıda elə olmayacaq. Bütün türkiyəli azarkeşləri, azərbaycanlı qardaşlarımızı bu oyunlarda millimizə dəstək olmağa səsləyirəm. Onları bu matçlarda gözləyirik, milli komandamızı dəstəkləmələrini istəyirik. Belə də olacağına inanıram. Çünki biz həmişə “tək millət, iki dövlət” deyirik. Bir yerdə milli komandamıza dəstək olacağıq. Yaxşıı xallar qazanaraq qrupdan çıxacağıq. Azarkeşlərin dəstəyi ilə milli komandamız daha yaxşı oynayıb, nəticələr əldə edəcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30