29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Benzema yenidən millidə?

“Real”ın futbolçusu Kərim Benzema AÇ-2020 üçün Fransa millisinə dəvət ala bilər.
 
Futbolxeber.az saytının “Lequipe”yə istinadən məlumatına görə, Fransa yığmasının baş məşqçisi Didye Deşam Fransa Futbol Federasiyası rəhbərliyi ilə Benzemanın milliyə mümkün qayıdışını müzakirə edəcək.
 
33 yaşlı hücumçu ilə bağlı son qərarın sabah veriləcəyi bildirilir.
 
Benzema bu mövsüm “Real”la 45 oyunda 29 qol vurub. Fransalı hücumçu daha əvvəl yığmada 81 oyuna çıxıb.
 
2015-ci ildə Benzema komanda yoldaşı Matye Valbuenanı intim video ilə şantaj edən qrupla əlaqədə olmaqda ittiham olunub. Hücumçu bu qalmaqaldan sonra Fransa yığmasından uzaqlaşdırılıb.
 
AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Fransa yığması turnirdə Almaniya, Macarıstan və Portuqaliya milli komandaları ilə qarşılaşacaq.
 
Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31