9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

De Byazi: “Bu, UEFA və FİFA-ya qarşı çevriliş cəhdi idi”

Millimizin baş məşqçisi Canni de Byazi Avropa Superliqası barədə fikirlərini bildirib.

Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəssis "Radio 1"-ə açıqlamasında bildirib ki, bu ideya UEFA və FİFA-ya qarşı çevriliş cəhdi idi:

"Müxtəlif şirkətlər inpozulan maliyyə balansını düzəltmək üçün yeni iqtisadi mənbələr tapmaq istəməsi bizi təəssüfləndirir. Superliqa elit futbol kimi təqdim edildi, ancaq onun elitliyi yalnız üzdə idi. Fikrimcə, həyatda yalnız fədakarlıq və qətiyyətlə uzağa gedə bilərsiniz.Buna görə də mənim üçün idmandakı meritokratiya vacibdir".

Xatırladaq ki, aprelin 19-da "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem" Superliqa yaratdıqlarını elan etmişdi. Turnirin yaradıcılarından yalnız “Real” və “Barselona”  geri addım atmayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30