9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

Avropa Superliqasının fəaliyyəti rəsmən dayandırıldı

Bir neçə gün öncə yaradılan Avropa Superliqası layihəsi yenidən nəzərdən keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, bunu qurumun rəsmisi olan jurnalist Rob Harris Tvitter səhifəsində elan edib. O, turnirin hələlik fəaliyyətini dayandırdığını bildirib. Onun sözlərinə görə, belə qərar verilməsinə səbəb İngiltərənin 6 klubunun yarışdan çıxmasıdır:

“Mövcud şərtləri nəzərə alaraq layihəni dəyişdirmək üçün ən uyğun addımları nəzərdən keçirməliyik. İngiltərə klublarının təzyiq altında etdikləri açıqlamalarına baxmayaraq, biz təklifimizin Avropa qanunvericiliyi və qaydalarına tam uyğun olmasına əminik. Avropa Superliqası əmindir ki, qitə futbolunun hazırkı statusu dəyişməlidir. Mövcud sistem işləmədiyi üçün yeni bir Avropa rəqabəti təklif edirik".

Qeyd edək ki, daha əvvəl İngiltərənin "Arsenal", "Liverpul", "Mançester Siti", "Mançester Yunayted", "Tottenhem" və "Çelsi" Superliqadan çıxdıqlarını elan ediblər. “Sky Sport”un məlumatına görə isə tezliklə "Milan" və "İnter" də turniri tərk edəcəklər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30