29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

"Şeydayevi hər yolla Azərbaycan vətəndaşlığını qəbul etməkdən çəkindirdim"

“Zenit”in sabiq futbolçusu Andrey Arşavin klubun yetirməsi olan Ramil Şeydayevin Azərbaycan millisini seçməsinə toxunub.

Futbolxeber.az saytının məlumatına görə, hazırda Sankt-Peterburq təmsilçisinin aşağı yaş qrupları üzrə inkişaf departamentinin direktoru olan keçmiş hücumçu yerli mətbuata müsahibəsində Şeydayevi bu seçimindən daşındırmaq üçün çox çalışdığını bildirib.

O, Rusiyada bəzi gənc və istedadlı futbolçuların sonradan yüksək səviyyədə çıxış edə bilməməsinin səbəblərindən danışarkən deyib: “Hər yerdə bu qədər istedadın olduğunu düşünmürəm. Rusiya bu planda İngiltərə və İspaniyadan çox fərqlənmir. Ətraf mühit, böyük pullar və coğrafi mənsubiyyət bu işə təsir edir. Gənclər arasında Avropa çempionatını izləsəniz, görərsiniz ki, Fransa millisinin heyətində 8 qaradərəli və 2 ərəb ölkələrindən olan futbolçu var.

Üstəlik, mən uğur qazanan gənclər millimizi Prudnikov, yaxud Şeydayevin komandası adlandırmazdım. Hərçənd ki, Şeydayevə böyük rəğbət bəsləyirdim. Onu hər yolla Azərbaycan vətəndaşlığını qəbul etməkdən çəkindirdim. Məncə, bu turnirlərdə millimiz komanda şəklində güclü idi”.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31