29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Mesut Özil: "Azərbaycana məni seçdikləri üçün təşəkkür edirəm"

"Sadəcə "Fənərbaxça" azarkeşlərinə yox, bütün Azərbaycana salam göndərir və təşəkkürümü bildirirəm".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Türkiyənin "Fənərbaxça" klubunun yeni transferi Mesut Özil təqdimat mərasimində deyib.

33 yaşlı yarımmüdafiəçi İdman Araşdırmalar Mərkəzinin (İAM) keçirdiyi sorğunun nəticəsində Azərbaycanda İlin Döyüşkən Legioneri seçilməsinə də münasibət bildirib.

"Məni dəstəklədikləri üçün çox təşəkkür edirəm. Minnətdaram. Qismət olsa, bir gün Azərbaycana gedərəm və oradakı qardaşlarımı görərəm. Çox təşəkkür edirəm və salamlarımı göndərirəm", - deyə "CBC Sport"dan Elçin Cəfərovun sualına cavab olaraq Özil vurğulayıb.

Qeyd edək ki, Mesut Özil Vətən müharibəsində Azərbaycanın maraqlarını müdafiə edərək təbliğati dəstək verib və İAM-ın sorğusunda birinci olub. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31