7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Xarici futbol

Vebo Ərdoğana təşəkkür etdi

"Bundan sonra hər ilin 8 dekabrı futbolda İrqçiliklə Mübarizə Günü kimi tarixə düşəcək".

Futbolxeber.az saytının məlumatına görə, bunu Türkiyənin "Başakşehir" klubunun məşqçisi Pyer Vebo Fransada PSJ ilə Çempionlar Liqasının VI tur matçı zamanı baş vermiş qalmaqal barədə danışarkən deyib.

38 yaşlı mütəxəssis bildirib ki, rumıniyalı dördüncü hakim Sebastian Koltsesku ona dərisinin rəngi ilə müraciət etdiyi vaxt özünü həm əsəbi, həm də üzgün hiss edib: "O gecə yuxuya gedə bilməyim üçün həkimdən kömək istədim. Olayın ardından karyeramın ən çətin günlərini keçirdim".

Hadisədən sonra hər iki komandanın meydanı tərk etməsinin unudulmayacağını vurğulayan kamerunlu veteran futbolçu "Bundan sonra təqvimdə 8 dekabrdan öncə və sonrakı günlər yer alacaq. Matçı dayandıracaq şəxsin baş hakim deyil, oyunçular olduğunu göstərdik", - söyləyib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib: "Həqiqətən də Ərdoğan belə çətin məqamda məni dəstəkləyən ən görkəmli şəxslərdən biri oldu".

Qeyd edək ki, PSJ - "Başakşehir" oyunu rumıniyalı 4-cü hakim Sebastian Koltsesunun Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəbindən 14-cü dəqiqədə dayandırılıb. Bundan sonra UEFA hakimlər briqadasını dəyişib, Vebonun qırmızı vərəqəsi ləğv edilib və görüş dekabrın 9-da qaldığı yerdən davam etdirilib. Qarşılaşma PSJ-nin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:1.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30