9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

“Futbol Tanrısı” vəfat etdi

Dünya futbolunun əfsanəsi, “Futbol Tanrısı” Dieqo Armando Maradona vəfat edib.

Futbolxeber.az saytının məlumatına görə, argentinalı ulduz 60 yaşında həyatını itirib.

Maradonanın ölüm səbəbi kimi ürəktutması göstərilir. Daha əvvəl o, beyinə qan sızması səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Keçmiş futbolçu daha sonra noyabrın 11-də evə buraxılmışdı.

Bu gün isə Maradona ürəktutmasından yenidən xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Dieqo Armando Maradona 1997-ci ildə “Boka Xuniors”da son qoyduğu klub karyerasında 491 oyuna çıxıb və 259 qol vurub.

O, 1977-1994-cü illərdə Argentina millisinin 91 dəfə formasını geyinib və 34 qol vurub. “Futbol Tanrısı” 1986-cı ildə Meksikada keçirilən dünya çempionatının qalibi olub. Komandasının kapitanı olan Armando uğurda böyük pay sahibi olduğu üçün “Qızıl top” mükafatını da alıb. Maradona “Napoli” ilə iki dəfə (1987, 1990) İtaliya çempionu olub. O, son olaraq Argentinanın "Ximnasiya və Esqrima" klubunun baş məşqçisi olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30