9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Xarici futbol

“Sivasspor”un prezidenti: “Vilyarreal” favorit, digər üç komanda eyni gücdədir”

"Bu gün İspaniyaya gedirik. Ölkəmizi avrokubokda təmsil etdiyimiz üçün həyəcanlıyıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Türkiyənin "Sivasspor" klubunun prezidenti Mecnun Otyakmaz Avropa Liqasının qrup mərhələsinin "Vilyarreal"a qarşı keçiriləcək oyun haqda danışarkən deyib.

O, İspaniya səfəri zamanı yerli mətbuata açıqlamasında "Vilyarreal"ı qrupun favoriti adlandırıb və digər üç komandanın eyni gücdə olduğunu bildirib: "Etdiyimiz transferlərlə ötən mövsümdəkindən daha yaxşı komanda qurduq. Komandada bir az uyğunlaşma problemi var. Səfərdən xalla qayıda biləcəyimizə ümid edirəm. Təbii ki, qrupdan çıxmaq istəyirik.

"Vilyarreal" birinci səbətdə olduğu üçün favoritdir. Digər üç komandanın bir-biriləri ilə eyni gücdə olduğunu düşünürəm. Qrup ikincisi kimi növbəti mərhələyə vəsiqə qazanmaq niyyətindəyik".

Qeyd edək ki, sabah "Sivasspor" "Vilyarreal"ın, "Qarabağ" isə "Makkabi"nin qonağı olacaq. Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30