29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Qriqorçukun yeni klubu bəlli oldu

“Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun yeni iş yeri müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, 55 yaşlı mütəxəssis bundan sonra Soliqarosk “Şaxtyor”unu çalışdıracaq.

Bu barədə Belarus klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb.

Qriqorçukun məşqçilər korpusunda Andrey Qluşenko (qapıçılar üzrə məşqçi), Anatoli Korotya (məşqçi-analitik) və Mixail Savkanın (məşqçi) yer alacağı bildirilib.

 Qeyd edək ki, Qriqorçukun son iş yeri Qazaxıstan “Astana”sı olub. O, 2015-2018-ci illər aralığında “Qəbələ”ni çalışdırıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31