9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

Avroliqa: 1/8 final mərhələsinə yekun vurulur

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

Futbolxeber.az saytının məlumatına görə, ikinci oyun günündə daha 4 görüş keçiriləcək.

Əsas diqqətlər Almaniyaya yönələcək. Burada turnirin favoritlərindən olan “Sevilya” və “Roma” üz-üzə gələcək. Bu komandalar arasındakı hər iki oyun təxirə salındığından, cütün taleyi 1 görüşdə həll olunacaq.

İlk görüşlərdə səfərdə qələbə qazanan “Bazel” və “Bayer Leverkuzen” mərhələ adlamağa çox yaxındılar.

Millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton” isə İngiltərədə “Olimpiakos”la üz-üzə gələcək. Bu komandalar arasında keçirilən ilk görüşdə qalib aşkarlanmayıb.

Qeyd edək ki, dünən "Şaxtyor", "Kopenhagen", "İnter" və "Mançester Yunayted" 1/4 finala vəsiqə qazanıb.

Avroliqa, 1/8 final mərhələsi

6 avqust

20:55. "Bayer" (Almaniya) - "Reyncers" (Şotlandiya)

İlk oyun - 3:1

20:55. "Sevilya" (İspaniya) - "Roma" (İtaliya)

İlk oyun keçirilməyib

23:00. "Bazel" (İsveçrə) - "Ayntraxt" (Frankfurt, Almaniya)

İlk oyun - 3:0

23:00. "Vulverhempton" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan)

İlk oyun - 1:1




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30