29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

“Başakşehir” Avroliqa ilə vidalaşdı, “İnter”, “Mançester Yunayted” və “Şaxtyor” 1/4 finalda

Mart ayından koronavirus pandemiyasına görə dayandırılan avrokuboklar bərpa olunub.

Futbolxeber.az saytının məlumatına görə, ilk öncə Avroliqa start götürüb.

Bu gün keçirilən oyunlardan sonra 1/4 final ilk 4 iştirakçısı müəyyənləşib.

İstanbulda "Kopenhagen"ə minimal hesabla qalib gələn son Türkiyə çempionu "Başakşəhər" bu dəfə rəqibi ilə bacarmayıb. Səfərdə 0:3 hesabı ilə uduzan İstanbul təmsilçisi mübarizəni dayandırıb.

Donetsk "Şaxtyor"u isə səfərdə məğlub etdiyi (2:1) "Volfsburq"u evdə də qalib gələrək (3:0) növbəti mərhələyə yüksəlib. Eyni uğura Avstriya LASK-ını mübarizədən kənarlaşdıran "Mançester Yunayted" də imza atıb.

"İnter" (İtaliya) - "Xetafe" (İspaniya) cütlüyünün isə ilk oyunu da təxirə salındığından komandalar arasında görüş neytral meydanda olub. Qalib Almaniyanın Helzenkirhen şəhərindəki görüşdə müəyyənləşib. İtaliya təmsilçisi 2:0 hesablı qələbə ilə 1/4 finala yüksəlib.

Avroliqa, 1/8 final

5 avqust

"Kopenhagen" (Danimarka) - "Başakşəhər" (Türkiyə) 3:0

Qollar: Vinn, 4; 53-pen, Falk, 62

İlk oyun - 0:1

"Şaxtyor" (Ukrayna) - "Volfsburq" (Almaniya) 3:0

Qollar: Moraes, 89; 90+3, Solomon, 90+1

Qırmızı vərəqələr: Xoçolova, 68 ("Şaxtyor") - Brooks, 70 ("Volfsburq")

İlk oyun - 2:1

"Mançester Yunayted" (İngiltərə) - LASK (Avstriya) 2:1

Qollar: Vesinger, 55 (0:1), Linqard, 57 (1:1), Marsial, 88 (2:1)

İlk oyun - 5:0

"İnter" (İtaliya) - "Xetafe" (İspaniya) 2:0

Qollar: Lukaku, 33, Eriksen, 83

İlk oyun keçirilməyib

Qeyd edək ki, bu mərhələnin daha 4 oyunu bu gün keçiriləcək.

Əlavə edək ki, Çempionlar Liqasında 1/8 finalın cavab matçları isə avqustun 7 və 8-də oynanılacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31