8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Xarici futbol

“Spartak”ın baş məşqçisi Ayaz haqda danışdı

Rusiyanın "Spartak" klubunun baş məşqçisi Domeniko Tedesko əvəzedici heyətə göndərilən azərbaycanlı futbolçu Ayaz Quliyev haqda danışıb.

Futbolxeber.az saytının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, alman mütəxəssis 23 yaşlı yarımmüdafiəçinin bu mövsümün sonuna kimi əsas komandaya qayıtmasının gündəmdə olmadığını deyib:

"Ayazla problemimiz oldu, o, hazırda əsas komandada deyil. Amma klub daxilində baş verənlər komandada qalmalıdır. Bunu ictimaiyyətə açıqlamırıq. Hazırda onun qayıtmasını planlaşdırmırıq. Ancaq hər şey mümkündür, qapılar hər zaman açıqdır. Bu, bizim üçün problem deyil, amma təkrar edirəm, hazırda onu geri qaytarmaq planları yoxdur".

Qeyd edək ki, Ayaz Quliyev nizam-intizam qaydalarını pozduğu üçün əvəzedici heyətə göndərilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30