8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Xarici futbol

“Nyukasl”dan italiyalı hücumçuya 55 milyonluq təklif

“Latsio”nun hücumçusu Çiro İmmobile karyerasını “Nyukasl”da davam etdirə bilər.  

Futbolxeber.az saytının “La Gazzetta dello Sport”a istinadən verdiyi məlumata görə, İngiltərə təmsilçisi 30 yaşlı hücumçunun keçidi üçün 55 milyon avro ödəməyə hazırdı.

İddia olunur ki, klub nümayəndələri artıq İmmobile ilə şəxsi müqaviləsinin detallarını razılaşdırıblar. İtaliyalı forvard 5 illik müqaviləyə imza atacaq və onun yeni klubundakı illik qazancı 8 milyon avro olacaq.

İmmobilenin “Latsio” ilə hələ 3 il qüvvədə olan sözləşməsi var. Onun hazırkı klubundakı qazancı “Nyukasl” təklif etdiyindən 2 dəfə az - 4 milyon avrodur.

Qeyd edək ki, cari mövsümü əla keçirən Çiro İmmobile 26 turdan sonra 27 qolla “A” seriyasının bombardiridir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30