29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Giqqz: “Bakıda yüksək səviyyədə oynamaq lazım olduqda, bunu etdik”

Uels milli komandasının baş məşqçisi Rayan Giqqz AVRO-2020-nin seçmə mərhələsində komandasının çıxışını xatırlayıb.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, 47 yaşlı uelsli mütəxəssis yer aldıqları “E” qrupunda uğurlu çıxışa görə futbolçularını tərifləyərək rəqiblərindən olan Azərbaycan yığmasıyla Bakıda görüşü də yada salıb:

“Futbolçularım hər şeyə layiqdirlər. Çünki seçmə mərhələdə üzərlərinə düşəni yerinə yetirdilər. Yüksək səviyyədə oynamaq lazım olduqda bunu etdilər - səfərdə Azərbaycan və Slovakiyaya qarşı. Fiziki cəhətdən güclənmək və uğurlu nəticə qazanmaq lazım olduqda bunu bacardılar - evdə Xorvatiya və Macarıstana qarşı. Onlar bunu edəcəklərinə inandılar, nəticədə reallaşdırdılar”.

Xatırladaq ki, "Bakcell Arena"da millimizə 2:0 hesabıyla qalib gələn, final mərhələsinə vəsiqə qazanan uelslilər Türkiyə və İsveçrəylə ordakı qrup matçlarını Bakı Olimpiya Stadionunda keçirəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31