9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

Almaniyalı qapıçı Bakıya maşınla gəlib dəvə udmaq istəyir

Almaniyanın "Auqsburq" klubunun qapıçısı Fabian Gifer karyerasını bitirdikdən sonra özünü avtomobil yarışlarında sınamaq istəyir.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə 30 yaşlı ehtiyat qolkiper "Spox und Goal" nəşrinə müsahibəsində deyib.

Ralli həvəskarı olan təcrübəli qolkiper bildirib ki, Nürburqrinq trassında 24 saatlıq yarışda iştirak etmək arzusundadır. F.Giferin başqa planları da var: "Algau Orient Rally" adlı yarış var. Siz maşınla Almaniyanın Allqoy vilayətindən Bakıya getməlisiniz. Bu zaman bir neçə qaydaya əməl etmək lazımdır: avtomobilin qiyməti 1 100 avrodan çox olmamalıdır, yolda heç bir mehmanxanada dayanmamalısınız. Qalib isə canlı dəvə ilə mükafatlandırılır. Bir neçə dostumla bu yarışda iştirak etmək istərdim".

Qeyd edək ki, Faban Gifer artıq İrandan keçən köhnə İpək yolu ilə Şərqi Avropaya "Fiat Multipla" markalı maşını ilə səyahət edib ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30