9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

"Azərbaycanlı hakimin ilk testi mənfi, ikincisi müsbət çıxdı"

"İsa 9 gündür xəstəxanada müalicə alır. Səhhəti çox yaxşıdır. Özünü normal hiss edir".
 
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a eksklüziv açıqlamasında Türkiyə Fəal Futbol Hakimləri və Müşahidəçiləri Dərnəyinin (TFFHGD) sədri Taner Tuncer Karabük Həvəskar Liqasında futbol hakimi kimi fəaliyyət göstərən azərbaycanlı İsa Məmmədovun koronavirusa yoluxması barədə danışarkən deyib.
 
Qurum rəsmisi bildirib ki, ötən gün gənc referidən virusla bağlı növbəti analiz götürülüb: "O, xəstəxanadan çıxarılması üçün müayinədən keçirildi. Amma dünən bazar günü olduğundan məlumat verilmədi. Xəbər gözləyirik, hər şey qaydasında olsa, evə buraxılacaq".
 
İsa Məmmədov
Onun sözlərinə görə, İ.Məmmədov nəfəs almaqda çətinlik çəkdiyi üçün xəstəxanaya müraciət edib: "Dərhal karantinə alındı. Birinci test mənfi nəticə verdi. Sonrakı isə müsbət çıxdı. İndi vəziyyəti yaxşıdır. Sadəcə, bir az təngənəfəsliyi var".
 
T.Tuncer azərbaycanlı hakimin virusa hansı şəraitdən yoluxmasından xəbərsiz olduğunu söyləyib: "İsaya infeksiyanın kimdən keçdiyini bilmirik. Son günlər onunla əlaqədə olan insanların karantinə alınıb-alınmamasından da xəbərim yoxdur". 
 
TFFHGD sədri İ.Məmmədovun hakimlik bacarığından da söz açıb: "İsanın ailəsi Azərbaycanda yaşayır. Özü isə burada tələbədir. 2 ildir hakimlik edir. Ondan çox razıyıq. Potensiallı, ümid vəd edən gəncdir. Ümid edirəm ki, onu Superliqanın oyunlarında da görə biləcəyik".
 
Qeyd edək ki, İsa Məmmədov Karabük Universitetinin Bədən tərbiyəsi və idman fakültəsində İdman idarəçiliyi ixtisası üzrə 3-cü kursda təhsil alır.
 
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30