29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Azərbaycanlı futbolçu Rusiya Premyer Liqasının zəifləri siyahısında

Rusiya Premyer Liqasının 2019/2020 mövsümündə istedadlarından aşağı səviyyədə çıxış edən yerli futbolçular müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, siyahıda "Spartak"da çıxış edən əslən azərbaycanlı futbolçu Ayaz Quliyev də yer alıb. 24 yaşlı yarımmüdafiəçi yaxşı oyun sərgiləyə bilməyən oyunçular arasında 4-cüdür.

Bildirib ki, "Spartak" 2018-ci ilin sonunda "Rostov"un formasını geyinən Quliyevin oyununa heyran qalıb və öz yetirməsini transfer edib: "Ayaz Denis Qluşakovu əvəzləməli idi və əvvəlcə bunu etdi. 2019-cu ilin yayında Oleq Kononovun rəhbərliyi altında zaman-zaman yaxşı görünürdü. Amma Quliyev "Rostov"la müqayisədə artırmadı, əksinə, daha da zəiflədi. Bəlkə də "Spartak"a keçidi onu həvəsləndirmədi, rahatlatdı".

Qeyd edək ki, Ayaz Quliyev Rusiyanın U-21 millisinin formasını geyinib. Hazırda onun Azərbaycanın əsas yığmasına cəlb olunması gündəmdədir (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31