9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

UEFA ölkə çempionatlarının bərpası üçün 3 variant təklif edir

UEFA üzv ölkələrinin daxili çempionatlarının bərpası ilə bağlı müzakirələri davam etdirir.

Futbolxeber.az saytının AS-a istinadən verdiyi məlumata görə, hazırda yarışların bərpası üçün 3 əsas variant var - may, iyun, sentyabr.

May ən aşağı ehtimaldır. Koronavirusun Avropada geniş yayılması səbəbindən ölkə çempionatlarının mayda bərpa olunması real görünmür.

Sentyabr UEFA üçün ən arzuolunmaz variantdı. Bu halda növbəti mövsümlə bağlı ciddi problemlər ortaya çıxacaq. Çünki bu zaman növbəti mövsüm üçün kubok yarışları təxirə salına bilər, eləcə də çempionatlarda iştirakçı sayının azaldılması mümkündür. Həmçinin, UEFA avrokuboklar üçün yeni format düşünməli olacaq.

İyun UEFA-nın əsas variantıdır. Qurumun prezidenti Aleksandr Çeferin də məhz bu ayda çempionatların bərpa olunacağına əmindir. Sloveniyalı funksioner hətta oyunların azarkeşsiz keçirilməsinə də razıdı.

Qeyd edək ki, sabah UEFA-nın təşəbbüsü ilə quruma üzv olan 55 federasiyanın baş katiblərinin iştirakı ilə video toplantı olacaq. İclasda çempionatların bərpası və transfer məsələləri müzakirə ediləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30