9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

“Bakı”nın tarixinə düşən komanda tarixə qovuşdu

Slovakiyanın "Jilina" klubu fəaliyyətini dayandırıb.

Futbolxeber.az-ın məlumatına görə,

klub rəsmi saytı vasitəsi ilə yaydığı bəyanatda bildirilib ki, maliyyə böhranı səbəbindən bu addımı atılıb.

Slovakiya təmsilçisi aprelin 1-i fəaliyyətini rəsmən dayandıracaq:

"Klubun maliyyələşmə strategiyası oyunçuların satışından əldə olunan gəlirlərə əsaslanır. 2020-ci ildə klubun büdcəsi yay transferlərdən qazancla əldə olunur. Ancaq bu yay transferlərdən gəlirlər böyük ehtimalla sıfıra yaxın olacaq. Ləğv prosesi yaxın gələcəkdə klubun üzərindəki təzyiqi azalda bilər".

Qeyd edək ki, 1908-ci ildə yaranmış "Jilina" 7 qat Slovakiya çempionudur.

Xatırladaq ki, Slovakiya təmsilçisi 2005/06 mövsümündə UEFA kubokunda “Bakı”nın rəqibi olub. Təmsilçimiz Bakıda slovakiyalılar üzərində 1:0 hesablı qələbə qazansa da, səfərdə 1:3 hesabı ilə uduzaraq mübarizənio dayandırıb. Lakin evdəki 1:0 hesablı qalibiyyət “Bakı”nın avrokuboklardakı ilk qələbəsi kimi tarixə düşüb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30