29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Maldini: "Tanımadığımız bir düşmənlə vuruşuruq"

"Mən yaxşıyam. Xəstəliyin ən pis dövrünü geridə qoymuşam. Amma hələ öskürək var".

Futbolxeber.az saytının İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Milan"ın idman direktoru Paulo Maldini deyib.

Koronavirusa yoluxan əfsanəvi futbolçu bu virusun əlamətlərindən danışıb. O qeyd edib ki, tam yaxşılaşmasa da, özünü normal hiss edir:

"Dad və qoxu hissini itirmişəm. Ümid edirəm ki, tezliklə bunlar da düzələcək. Koronavirus bir az xoşagəlməz qripə oxşayır. Bu, adi qrip deyil. Mən öz orqanizmimi bilirəm. Ağrılar xüsusilə güclü hiss olunur. Sinəndə təzyiq hiss edirsən. Bu, yeni bir virusdur.

Tanımadığımız bir düşmənlə vuruşuruq. İlk simptomlarını martın 5-də hiss etdim. Dizlərimdə və əzələmdə ağrılar vardı. Hərarətim isə 38-dən çox deyildi. Ertəsi gün məşq bazasına getməli idim. Lakin evdə qalmağa məcbur oldum".

Xatırladaq ki, Paulo Maldininin oğlu Daniel Maldini də koronavirus epidemiyasına yoluxub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31