8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

Dünyanın ən yüksəködənişli futbolçusunun adı açıqlandı

“France Football” ötən il üçün futbolçuların gəlirlərini hesablayıb.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, siyahı tərtib olunarkən futbolçuların məvacibləri, imic hüququndan gəlirləri və ötən mövsüm qazandıqları bonuslar nəzərə alınıb.

Araşdırma nəticəsində məlum olub ki, ötən il dünyanın ən yüksəködənişli futbolçusu Lionel Messi olub. Argentinalı ulduzun qazancı 131 milyon avro təşkil edib.

İkinci pillədə Kriştianu Ronaldo qərarlaşıb. “Yuventus”un hücumçusu ötən il 118 milyon avro qazanıb.

Siyahıda ilk üçlüyü Neymar qapayıb. Braziliya millisinin və PSJ-nin hücumçusu ötən il büdcəsini 95 milyon avro zənginləşdirib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30