8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Xarici futbol

ÇL: PSJ və “Atletiko” 1/4 finalda

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.

Futbolxeber.az saytının məlumatına görə, bu gün daha 2 görüş oynanılıb.

Turnirin son qalibi "Liverpul" doğma meydanda "Atletiko" ilə qarşılaşıb. Bu komandalar arasında ilk oyunda Madrid klubu minimal hesabla qalib gəlmişdi. Enfilddəki görüşdə 90 dəqiqənin sonunda "Liverpul" 1:0 hesabı ilə qalib gəlib. Buna görə də cütün taleyi əlavə vaxta qalıb. 4 qolun vurulduğu 30 dəqiqədə yekun nəticədə “Atletiko”nun xeyrinə olub -3:2.

Digər görüşdə isə Dortmund "Borussiya"sı PSJ-nin qonağı olub. İlk qarşılaşmada 1:2 hesabı ilə uduzan Paris təmsilçisi 2:0 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib.

Çempionlar Liqası

1/8 final, cavab oyunları

11 mart

PSJ (Fransa) - “Borussiya” (Dortmund, Almaniya) 2:0

Qollar: Neymar, 28, Bernat, 45+1

Qırmızı vərəqə: Əmrə Can, 89 ("Borussiya")

İlk oyun - 1:2

“Liverpul” (İngiltərə) - “Atletiko” (İspaniya) 2:3

Qollar: Veynaldum, 43 (1:0), Firmino, 94 (2:0), Llorente, 97 (2:1), 105+1 (2:2), Morato, 120+1 (2:3)

İlk oyun - 0:1

Qeyd edək ki, daha əvvəl “Atalanta” (İtaliya) və “Leyptsiq” (Almaniya) qitənin 1 nömrəli klub turnirində 1/4 finala yüksəliblər.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30