8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Xarici futbol

“Barselona”nın tarixində ikinci dəfə: “Napoli” ilə oyun azarkeşsiz keçiriləcək

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək “Barselona” - “Napoli” matçı da koronavirus səbəbindən azarkeşsiz oynanılacaq.  

Futbolxeber.az saytının AS-a istinadən verdiyi məlumata görə, bununla bağlı qərar klub nümayəndələri və yerli hakimiyyət orqanlarının Kataloniyanın idman və səhiyyə nazirliyindəki görüşüdə qəbul olunub.

Bununla da “Barselona”nın ev oyunu tarixdə ikinci dəfə azarkeşsiz oynanılacaq. İlk belə hal 2017-ci ilin 1 oktyabrında yaşanıb. Həmin vaxt Kataloniyanın müstəqilliyi ilə bağlı referendumdan sonra yaşanan iğtişaşlar səbəbindən “Barsa” “Las Palmas”ı boş tribunalar önündə qəbul etmişdi.

Qeyd edək ki, İtaliyada Çindən sonra dünyada koronavirusun ən çox yayıldığı ikinci ölkədir. Burada 9 min insan xəstəliyə yoluxub. İspaniyada isə koronavirus 1200 nəfərdə də aşkarlanıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30