8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Xarici futbol

De Byazi: "Milli komandadan cavab gözləyirəm"

Albaniya millisinin sabiq baş məşqçisi Canni De Byazi müxtəlif klublardan təklif alıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə 63 yaşlı italiyalı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində deyib.

C.De Byazi bildirib ki, A Seriyası təmsilçiləri ilə yanaşı, ölkə xaricindən də onun xidmətində maraqlı olan komandalar var: "İran variantı çoxdan olmuşdu. Həmin vaxt xeyli problem çıxdı, ona görə də müqavilə imzalanmadı. A Seriyasından bəzi klublarla danışıq oldu, amma hamısına "yox" dedim. Hazırda bir yığmadan cavab gözləyirəm. Avropa ölkəsidir. Ümid edirəm ki, bir neçə günə məsələ həllini tapacaq".

Qeyd edək ki, Azərbaycan millisinin sükanı arxasına keçməyə əsas namizədlərdən olan Canni De Byazinin sonuncu iş yeri İspaniya "Alaves"i olub. O, 2011 - 2017-ci illərdə Albaniya yığmasına başçılıq edib. De Byazinin rəhbərliyi altında bu komanda tarixində ilk dəfə 2016-cı il Avropa çempionatına vəsiqə qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30