8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Xarici futbol

"Bavariya" "Çelsi"ni darmadağın etdi, "Barselona" məğlubiyyətdən qaçdı

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha 2 görüş keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, "Çelsi" Londonda "Bavariya"nı qəbul edib. İlk yarısı qolsuz bərabərliklə keçən görüşdə "Bavariya" böyükhesablı qələbə qazanlb. İkinci hissədə ard-arda qollar vuran Münhen təmsilçisi səfərdə 3:0 hesablı qələbə qazanmaqla, cavab matçını formallığa çevirib. 

Günün digər matçı İtaliyada oynanılıb. "Napoli" doğma azarkeşlər önündə "Barselona"nı sınağa çəkib. İlk yarıda hesabda önə keçən meydan sahibləri qələbə hesabı qoruya bilməyiblər - 1:1.

Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşləri martın 18-də keçiriləcək.

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

25 fevral

"Çelsi" (İngiltərə) - "Bavariya" (Almaniya) 0:3

Qollar: Qnabri 51; 54, Levandovski 76

Qırmızı vərəqə: Alonso 83 ("Çelsi")

"Napoli" (İtaliya) - "Barselona" (İspaniya) 1:1

Qollar: Mertens 30 (1:0), Qrizmann 57 (1:1)

Qırmızı vərəqə: Vidal 89 ("Barselona")

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30