8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

"Tobol"un erməni baş məşqçisi Emil Balayevdən danışdı

Azərbaycan millisinin üzvü Emil Balayevin çıxış etdiyi “Tobol” qış fasiləsində ilk yoxlama oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, Qazaxıstan təmsilçisi Slovakiyanın “Jilina” klubu ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə sona çatıb. Emil Balayev oyunun iştirakçısı olmayıb.

Komandanın erməni baş məşqçisi Qriqori Babayan matçdan sonra klubun saytına verdiyi müsahibəsində Balayevin oynamamasının səbəbuini açıqlayıb: “Belə rəqiblərlə oynamaq hər zaman yaxşıdır. Ancaq bilirsiniz ki, biz hələ tam hazır deyilik. Azat Narquliyev və Nikita Boçarov əməliyyatdan sonra tam sağalmayıblar. Emil Balayevin isə planlaşdırılmış reabilitasiyası dönəmi hələ də davam edir. Bizə qoşulan oyunçular hələ hazır deyillər”.

Xatırladaq ki, Babayanın “Tobol”a baş məşqçi təyin olunmasından sonra Balayevin komandadan ayrılacağı haqda xəbərlər yayılmışdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30