9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

Eddi qırmızı vərəqə aldı, görüş yarımçıq dayandırıldı

Millimizin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi "Albasete" İspaniya Sequndasının 20-ci turunda "Rayo Valyekano" ilə səfər matçı yarımçıq dayandırılıb.

Futbolxeber.az saytının məlumatına görə, buna qonaq komandanın futbolçusu Roman Zozulyanın azarkeşlərin təhqirləri və təhdidlərinə məruz qalması səbəb olub.

İlk hissənin əvvəlində meydan sahiblərinin azarkeşləri ukraynalı hücumçunun ünvanına təhqiramiz ifadələr səsləndirməyə başlayıblar. Onlar "Zozulya, sən nasistsən" deyə qışqırıblar. Baş verənlərə görə referi matçı bir neçə dəqiqəlik dayandırıb. Stadionda elan olunub ki, şüarlar dayandırılmasa, oyun davam etməyəcək.

Fasilədən sonra isə "Albasete" futbolçuları komanda yoldaşlarına dəstək əlaməti olaraq, ikinci hissəyə çıxmayıblar. La Liqanın razılığa ilə görüşün sonadək oynanılmayacağına qərar verilib.

Qeyd edək ki, oyuna start heyətdə daxil olmuş Eddi İsrafilov 45+4-cü dəqiqədə qırmızı vərəqə alıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30