8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Xarici futbol

AVRO-2020-nin püşkü atıldı

Bu gün 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının püşkü atılıb.

Futbolxeber.az saytının məlumatına görə, Rumıniyanın paytaxtı Buxarestdə təşkil edilən tədbirdə 24 komanda 4 səbətə bölünüb. Qitə çempionatına seçmə mərhələdən vəsiqə qazananlar ilk üç səbətdə, Millətlər Liqası vasitəsilə  iştirak hüququ qazanacaq komandalar isə dördüncüdə olub.

A qrupu: Türkiyə, İtaliya (ev sahibi), Uels, İsveçrə

B qrupu:  Danimarka (ev sahibi), Finlandiya, Belçika, Rusiya (ev sahibi)

C qrupu: Niderland, Ukrayna, Avstriya, D Liqasının qalibi

D qrupu: İngiltərə (ev sahibi), Xorvatiya, C Liqasının qalibi, Çexiya

E qrupu: İspaniya (ev sahibi), İsveç, Polşa, B Liqasının qalibi

F qrupu: A Liqasının qalibi, Portuqaliya, Fransa, Almaniya (ev sahibi)

Xatırladaq ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30