8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Xarici futbol

Lopotegi “Qarabağ”la oyun haqda: “İlk növbədə qalib gəlməli, daha sonra...”

"Rəqibə və özümüzə böyük hörmətlə yanaşırıq. "Qarabağ" kollektiv futbol oynayır. Üç xal qazanmaq üçün maksimum həvəslə çıxış etməliyik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri  "Sevilya"nın baş məşqçisi Xulen Lopeteqi Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda sabah “Qarabağ”la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

O, start 11-liyi özü üçün müəyyən etdiyini bildirib: "Kimin oynayacağı ilə bağlı az-çox fikrim var. Əhəmiyyətli olan oyunçuların rəqabət apara bilməsidir. Heyətdə gənc oyunçularımız var. Onlarda aclıq hiss olunur,  meydana maksimal motivasiya ilə çıxacaqlar. Ən uyğun olan start heyətlə meydana çıxmağa çalışacağıq.

İki hücumçu ilə oynamaq ideyam var, amma əsas məsələ mübarizə aparmaqdır. Çünki rəqibimiz qarşısına çox böyük hədəf qoyub. Bu, Avropa Liqası matçı olduğundan, qalib gəlmək və yaxşı oynamaq istəyirik. Bununla yanaşı, xal qazanmağım bizim üçün önəm kəsb etmədiyini nəzərə alaraq, daxilən motivasiya olunmağa çalışacağıq. Bu halda, biz ən güclü tərəf olacağıq".

53 yaşlı mütəxəssis sabahkı görüşdə əsas məqsədlərinin qalib gəlmək olduğun eyd edib:  "Bütün oyunlar çox çətin və bərabərdir. İlk növbədə qalib gəlməli, daha sonra yaxşı mübarizə barədə düşünməliyik. Futbolçularımız məşqlərdə yaxşı çalışırlar. Bu, önəmli amildir".

Lopetegi kapitan Xesus Navasın sabahkı matçda meydanda olmayacağını da açıqlayıb. 

Xatırladaq ki, “Sevilya” - “Qarabağ” matçı noyabrın 28-də "Ramon Sances Pisxuan"  stadionunda keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30