7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Xarici futbol

Uelsli yarımüdafiəçi millimizə qarşı oynamayacaq

Avro-2020-nin seçmə mərhələsinin 9-cu turunda Azərbaycanla qarşılaşacaq Uels millisi itki ilə üzləşib.

Futbolxeber.az saytının məlumatına görə, britaniyalılar Bakıda keçiriləcək qarşılaşmada Co Allenin xidmətindən yararlana bilməyəcək. 29 yaşlı yarımmüdafiəçi ötən gecə Xorvatiya ilə oyunda (1:1) sarı vərəqə alaraq cəzalı duruma düşüb.

Görüşdə komandanın lideri Qaret Beyl zədələnib. Ancaq baş məşqçi Rayn Giqqz hər üç əvəzetmədən istifadə etdiyindən "Real"ın hücumçusu sonadək meydanda qalıb. Onun yığmamızla görüşdə iştirak edib-etməyəcəyi məlum deyil.

Qeyd edək ki, Azərbaycan - Uels oyunu noyabrın 16-da keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30