29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Balayev öz rekordunu yenilədi

Millimizin qapıçısı Emil Balayev özünə məxsus olan rekordu yeniləyib.

Futbolxeber.az saytının məlumatına görə, “Tobul”un üzvü olan 25 yaşlı futbolçumuz Qazaxıstan “Jetisu” ilə dünən keçirilən Qazaxıstan çempionatının 28-ci turunun oyununda da (0:0) qapısını toxunulmaz saxlayıb. Bununla da onun ardıcıl qol buraxmadığı matçların sayı 8-ə çatıb.

Emil sonuncu dəfə iyulun 28-də “Kaysar”la ev matçında (0:2) qol buraxıb. Ümumilikdə o, 699 dəqiqədir çərçivəni toxunulmaz saxlayır. Balayev bununla cari mövsümdə özünə məxsus olan 683 dəqiqəlik rekordu yeniləyib.

Qeyd edək ki, Qazaxıstan çempionatları tarixinin rekordu isə Sergey Boyçenkoya məxsusdur. "Kayrat"ın sabiq qapıçısı 2005/06 mövsümündə 921 dəqiqə qol buraxmayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31