9 Iyun 2024, Bazar günü
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Xarici futbol

Emil Balayevdən qələbə şərhi

"Çətin oyun olacağını başa düşürdük. Qarşılaşmanın nəticəsini həll edən bir qolu son dəqiqələrdə biz vurduq".

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Qazaxıstanın "Tobol" klubunda çıxış edən Azərbaycan millisinin qapıçısı Emil Balayev deyib.

Premyer Liqanın 27-ci turunda səfərdə "Şaxtyor"a qalib gəldikləri (1:0) görüşü şərh edən 25 yaşlı qolkiper güclü komandanı üstələdiklərini bildirib: "Oyuna maksimum güclə hazırlaşmışdıq. Bunun olduqca vacib görüş olduğunu bilirdik. "Şaxtyor" çox keyfiyyətli futbol nümayiş etdirən komandadır. Topa nəzarət etməyi sevirlər. Komandamız bu qələbədən məmnundur. Qarşıda bizi "Jetsu" ilə ev matçı gözləyir. Artıq növbəti rəqib barədə düşünürük".

Qeyd edək ki, "Tobol" 58 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30