9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Xarici futbol

“Çelsi” və “Liverpul” uduzdu, “İnter” və”Barselona” xal itirdi

Çempionlar Liqasında 2019/20 mövsümündə qrup mərhələsinin oyunlarına start verilib.

Futbolxeber.az saytının məlumatına görə, "F" qrupunda mübarizə aparan "İnter" doğma meydanda “Slaviya”nı məğlub edə bilməyib. Milan klubu yalnız 90+2-ci dəqiqədə məğlubiyyətdən xilas olub. Qrupun digər matçında Dortmund "Borussiya"sı Almaniyada "Barselona" ilə qolsuz heç-heçəyə nail olub.

Gecənin ən maraqlı nəticəsi İtaliyada qeydə alınıb. Çempionlar Liqasının hazırkı qalibi "Liverpul" "Napoli"yə (İtaliya) 0:2 hesabı ilə məğlub olub. Bu qrupun digər oyununda "Zalsburq" "Genk"i (Belçika) darmadağın edib - 6:2. Bol qollu qarşılaşma həm də 19 yaşlı norveçli Erlinq Hollan artıq ilk hissədə het-trikə imza atması ilə yadda qalıb.

"Valensiya"nın səfərdə "Çelsi" üzərində qələbə qazanması (1:0) turun digər gözlənilməz nəticəsi olub.

Çempionlar Liqası, I tur

17 sentyabr

F qrupu

"İnter" (İtaliya) - "Slaviya" (Çexiya) 1:1

Qollar: Olayinka, 64 (0:1), Barella, 90+2 (1:1)

“Borussiya" (Dortmund, Almaniya) - "Barselona" (İspaniya) 0:0

G qrupu

"Lion" (Fransa) - "Zenit" (Rusiya) 1:1

Qollar: Azmun, 41 (0:1), Depay, 50-pen. (1:1)

"Benfika" (Portuqaliya) - "Leypsiq" (Almaniya) 1:2

Qollar: Verner, 69 (0:1); 78 (0:2), Seferoviç, 84 (1:2)

E qrupu

"Zalsburq" (Avstriya) - "Genk" (Belçika) 6:2

Qollar: Haaland, 2 (1:0); 34 (2:0), Hvanq, 36 (3:0), Lukumi, 40 (3:1), Haaland, 45 (4:1), Szoboszlay, 45+2 (5:1), Samata, 52 (5:2), Ulmer, 66 (6:2)

"Napoli" (İtaliya) - "Liverpul" (İngiltərə) 2:0

Qollar: Mertens, 82-pen, Llorente, 90

H qrupu

"Ayaks" (Hollandiya) - "Lill" (Fransa) 3:0

Qollar: Promes, 18, Alvarez, 50, Talyafiko, 62

"Çelsi" (İngiltərə) - "Valensiya" (İspaniya) 0:1

Qol: Rodriqo, 74




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30