29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Vida azarkeşlərdən üzr istədi

"Yaxşı oyun keçirdik. Penaltidən fərqləndikdən sonra 3-4 qol imkanımız oldu. Təəssüf ki, bundan istifadə edə bilmədik. İkinci hissədə rəqib hesabı bərabərləşdirdi. Azarkeşlərimizdən üzr istəyirik. Onlara Bakıya gələrək bizə dəstək olduqları üçün təşəkkür edirik. Macarıstanla keçiriləcək növbəti oyunda özümüzü bir daha sübut etməyə çalışacağıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Xorvatiya millisinin müdafiəçisi Domaqoy Vida AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla oyundan (1:1) sonra ölkəsinin mətbuatına deyib.

O, iki xal itirdiklərini bildirib: "Deməzdim ki, oyuna nəzarət edə bilmədik. Əgər Bakıda keçirilən oyunun ilk hissəsində 2 qol vura bilsəydik, Slovakiya ilə matçı təkrarlaya bilərdik. Bu futboldur, hər şey olduqca maraqlıdır. Biz onlara 1 xal verdik, əvəzində 2 xal itirdik. Hal-hazırda bizə Macarıstanla keçirəcəyimiz oyun daha çox maraqlıdır".

 

           

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31