9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Xarici futbol

“Bney Yehuda” “Neftçi” önünə itkilərlə çıxacaq

İsrailin “Bney Yahuda" klubu Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Neftçi"yə qarşı keçirəcəyi görüşə itkilərlə çıxacaq.y

Futbolxeber.az saytının məlumatına görə, baş məşqçi Yossi Abukasis müdafiə mövqeyində çıxış edən kapitan İtzik Azuz, yarımmüdafiəçilər Amit Zenati və Eytan Velblumun xidmətindən yararlana bilməyəcək.

49 yaşlı mütəxsis komandanın son məşqində məhz beş müdafiəçidən istifadə edib. Flaqmanla görüşdə müdafiənin sağında Avişay Koen, mərkəzdə Din Mori, Ben Ari, Daniel Felczer sol cinahda isə Amir Rustomun meydanda olacağı ehtimal olunur.

“Bney Yahuda"nın avqustun 6-da müqavilə imzaladığı yeni transferi kosovolu müdafiəçi Alban Pnişi də Bakıya gətirilən futbolçuların siyahısındadır. Baş məşqçi Felczerin yerinə ona da şans verə bilər.

Yarımmüdafiədə İsmaila Soro, Tambi Saqas, hücumda isə Dor Yan və Mohammed Qadirin meydanda olma ehtimalı böyükdür. Xəbərdə qapıda kimin dayanacağı və 10-cu meydan oyunçusunun adı göstərilməyib.

Qeyd edək ki, "Neftçi" və "Bney Yehuda" arasındakı oyun avqustun 8-i saat 21:00-da "Bakcell Arena"da keçiriləcək. Cavab matçı bir həftə sonra İsraildə olacaq və Bakı vaxtı ilə 21:00-da start götürəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30