9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

APOEL-in baş məşqçisi: "Qarabağ" güclü və texnikalı komandadır"

"Dandalk" və "Qarabağ"ın bir çox oyununu izləmişik. İşimiz asan olmayacaq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri APOEL-in baş məşqçisi Paulo Trametsani Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin Monteneqro "Sutyeska"sı ilə cavab oyunundan (3:0) sonra keçirilən mətbuat konfransında deyib.

Böyükhesablı qələbəni şərh edən italiyalı mütəxəssis 3-cü raunddakı potensial rəqibləri olan "Qarabağ" və "Dandalk" haqda da danışıb:

"Bu mərhələdə zəif rəqib olmur. Hamısı güclü, eyni zamanda fərqli komandalardır. "Dandalk" süni örtüklü kiçik stadionda oynayır. "Qarabağ" isə güclü və texnikalı komandadır. Heyətində uzun illərdir birlikdə oynayan yaxşı futbolçular var. Rəqibin kimliyindən asılı olmayaraq, oyunlar çətin keçəcək".

Qeyd edək ki, "Qarabağ" - "Dandalk" cütünün qalibi 3-cü təsnifat mərhələsində APOEL-lə qarşılaşacaq. Azərbaycan və İrlandiya çempionları arasında Dublində keçirilən ilk matda qalib müəyyənləşməyib - 1:1. Cavab qarşılaşması bu gün "Dalğa Arena"da olacaq və yerli vaxtla 21:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30