29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Fernando Torres karyerasını başa vurdu

İspaniya milli komandasının sabiq hücumçusu Fernando Torres futbolçu karyerasını başa vurub.
 
Futbolxeber.az saytının məlumatına görə, 35 yaşlı futbolçu bu barədə "Twitter" hesabında məlumat verib.
 
"Elan verəcəyim çox önəmli bir şey var. 18 həyəcanlı ildən sonra futbolçu karyeramı başa vurmağın zamanı gəldi. Gələn bazar (23 iyun) Yaponiya saatı ilə 23:00-da bütün detalları açıqlamaq üçün Tokioda mətbuat konfransı keçirəcəm", - deyə ispaniyalı futbolçu qeyd edib.
 
Fernando Torres "Atletiko"nun yetirməsidir və peşəkar karyerasına da Madrid klubunda başlayıb. Torres "Liverpul", "Çelsi", "Milan" klublarında da çıxış edib. O, ötən ildən Yaponiyanın "Saqan Tosu" klubunda oynayırdı.
 
Torres İspaniya yığmasında 110 oyuna 38 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31