9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

Bakıya səfər “Arsenal”ın müdafiəçisini qorxutmur

“SADƏCƏ MEYDANA ÇIXIB QƏLƏBƏ QAZANMAQ LAZIMDI”

Tula “Arsenal”ının müdafiəçisi Anri Xaquş Avroliqanın II təsnifat mərhələsinin püşkatmasını dəyərləndirib.

Futbolxeber.az saytının məlumatına görə, Rusiya təmsilçisi ikinci mərhələdə “Speranta” (Moldova) - “Neftçi” cütünün qalibi ilə üz-üzə gələcək.

Xaquş püşkün nəticəsindən razılığını gizlətməyib:

“Püşkatma bizim üçün heç də pis alınmadı. Amma unutmaq olmaz ki, avrokuboklarda zəif rəqib olmur, hər bir rəqibə hörmətlə yanaşmaq lazımdır. Qarşıda hazırlıq üçün bir neçə həftə var. Düşünürəm ki, tezliklə optimal formaya düşəcəyik”.

“Speranta” - “Neftçi” cütünün qalibinin hansı komanda olmasından asılı olmayaraq, “Arsenal” səfərə yollanmaq üçün uzun məsafə qət etməli olmayacaq. Bununla bağlı sualı Xaquş belə cavablandırıb:

“Mövsüm ərzindəki uçuşlarımızı, qət etdiyimiz məsafələri nəzərə alsaq, heç bir səfər bizi qorxuda bilməz. Amma aydın məsələdir ki, bərpa üçün mümkün qədər az müddətli uçuşlar daha sərfəlidir. Ümumiyyətlə, bu cür məqamlara çox diqqət ayırmağa ehtiyac yoxdur. Sadəcə meydana çıxıb qələbə qazanmaq və irəli getmək lazımdı”.

İlk oyunun Tulada keçirilməsi ilə bağlı isə “Arsenal”ın müdafiəçisi belə deyib:

“Cavab oyunu üçün üstünlük qazanmaq lazımdı. Əminəm ki, tribunalarda anşlaq yaşanacaq. Azarkeşlər bizi qələbəyə səsləyəcəklər. Bu, bizim üçün böyük üstünlükdür. Bu oyunlar bütün Tula vilayəti üçün tarixi hadisə olacaq. Yaxşı oyun və sərfəli nəticə ilə azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

Qeyd edək ki, “Neftçi” Avroliqanın ilk mərhələsində “Speranta”nı mübarizədən kənarlaşdırsa, “Arsenal”a rəqib olacaq. Tərəflər arasındakı ilk oyun iyulun 25-də keçiriləcək.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30