29 May 2024, Çərşənbə
Renat Dadaşov "Hatayspor"dan ayrıldı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında

Xarici futbol

"O, Azərbaycan haqda məlumat toplamaq üçün Prosineçki ilə görüşüb"

“Həftənin ikinci günü Brazoviçin durumuna aydınlıq gələcək. Epizodların birində sürət yığarkən əzələsi dartıldı. Mübarizəni davam etdirə bilmədiyi üçün əvəzləməi olduq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AÇ-2020-nin seçmə mərhələsində millimizin rəqibi olan Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç ölkəsinin mətbuatına açıqlamasında deyib.

“İnter”in yarımmüdafiəçisi Marselo Brazoviçin zədələnməsindən danışan çalışdırıcı heyətdə zədəlilərin çox olmasını futbolçuların sıx qrafiklə oynaması ilə əlaqələndirib:

"Dünya çempionatında yolumuz uzun oldu, futbolçular kifayət qədər  istirahət edə bilmədilər. Daha sonra klublarına döndülər.  Orada isə müntəzəm oynadırlar. Alternativ futbolçuları nəzərdə keçiririk. Bu haqda məlumat veriləcək. Vəziyyətdən çıxacağıq”.

Daliç millimiz haqda məlumat toplamaq üçün köməkçisi İvitsa Oliçin yığmamızın sabiq baş məşqçisi Robert Prosineçki ilə görüşdüyünü bildirib: "Ekspert heyəti tam gücü ilə çalışır.  Oliç Azərbaycan haqda məlumat toplamaq üçün Robert Prosineçki ilə görüşüb. İlk rəqibimiz barədə daha çox məlumata ehtiyacımız var. Bunun üzərində çox çalışmışıq".

Xatırladaq ki, Xorvatiya seçmə mərhələdə ilk oyununu martin 21-də Zaqrebdə millimizə qarşı keçirəcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31