29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

"Əsas işim qol vurmaqdı"

Qış “transfer pəncərəsi” zamanı “Cenoa”dan “Milan”a keçən Kşiştof Pyontek yeni klubunda fantastik start götürüb.
 
Futbolxeber.az saytının məlumatına görə, Polşa millisinin forvardı “rassioneri”lərlə meydana çıxdığı 5 oyunda 6 qola imza atıb.
 
A seriyasının XXIV turunda “Atalanta” ilə matçda (3:1) dubl edən Pyontek bu uğurundan özü də təəccüblənib.
 
“Football İtalia”ya danışan 23 yaşlı hücumçu belə startın onun üçün də gözlənilməz olduğunu deyib: “Həmişə özümə inanmışam və çox qol vurmaq potensialımın olduğunu bilirəm.
 
Amma etiraf edim ki, yeni komandamda ilk 5 oyunda 6 qol vurmaq mən gözlədiyimdən də çoxdu. Hücumçuyamsa, əsas işim qol vurmaqdı. Ümid edirəm ki, gələcəkdə də bu tempdə davam edə biləcəm”. 2018-ci ildə A seriyasında “Cenoa”nın heyətində debüt edən Pyontek bu komanda ilə meydana çıxdığı 19 oyunda 13 qola imza atıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31