9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

Türkiyə millisinin yeni baş məşqçisi məlum oldu

"Beşiktaş"ın baş məşqçisi Şenol Günəş 15 il sonra Türkiyə milli komandasına qayıdıb.
 
Futbolxeber.az saytının məlumatına görə, 66 yaşlı mütəxəssis mövsümün sonuna qədər həm "Beşiktaş"ı, həm də yığmanı çalışdıracaq.
 
Şenol Günəşin "Beşiktaş"la müqaviləsi mövsümün sonunda başa çatacaq. Təcrübəli mütəxəssis Türkiyə yığmasının mart ayında AÇ-2020-nin seçmə mərhələsinin oyunlarında baş məşqçi postunda olacaq.
 
Şenol Günəş daha öncə 2000-2004-cü illərdə Türkiyə millisini çalışdırıb. O, "ay-ulduzlular"a 2020-ci ildə dünya çempionatının bürünc mükafatını qazandırmışdı.
 
Türkiyə Futbol Federasiyası ilə müqaviləsi iyunun 30-na kimi olan Mirça Luçesku isə vəzifəsindən göndəriləcək. Türkiyə millisi 73 yaşlı mütəxəssisin rəhbərliyi altında 17 oyuna 4 qələbə qazanıb, 6 heç-heçə edib, 7 dəfə uduzub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30