28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

İtaliya klubunun ən yaxşısı türkiyəli hücumçu oldu

“Roma”da 2018-ci ilin ən yaxşıları müəyyənləşib.
 
Futbolxeber.az saytının məlumatına görə, paytaxt klubunun azarkeşləri arasında aparılan sorğu nəticəsində Türkiyə yığmasının hücumçusu Cengiz Ünder “canavarlar”ın ən yaxşı gənc futbolçusu seçilib.
 
O, səslərin 62 faizini toplamaqla digər komanda yoldaşlarını qabaqlayıb. Sonrakı yerləri Nikolo Zaniolo ilə Castin Kluyvert tutub.
 
“Roma”da 2018-ci ilin ən yaxşı qolunun müəllifi də Ünder olub. Onun ötən mövsüm “Udineze” ilə oyunda vurduğu qol ən yaxşı seçilib.
 
Azarkeşlər 4 qol arasında 45 faiz səslə məhz Cengizin vurduğu qolu ən yaxşı hesab edib. Ünder ötən mövsüm “Roma”nın heyətində 32 oyuna çıxıb, 8 qol vurub.
 
Bu mövsüm isə 23 oyun keçirən türk futbolçu artıq 6 qola imza atıb. Yeri gəlmişkən, “Roma”nın ötən il üçün ən yaxşı transferi isə Zaniolo seçilib. 19 yaşlı futbolçu “İnter”dən transfer olunub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31