29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Alvaro Morata "Bavariya"ya keçir

"Barselona"nın idman direktoru Erik Abidal "Çelsi"nin futbolçusu Alvaro Moratanın Kataloniya klubuna keçidinə qarşı çıxıb.
 
Futbolxeber.az saytının məlumatına görə, ispan hücumçunun agentləri onu La Liqa təmsilçisinə təklif edib.
 
Ancaq Abidal oyunçu ilə müqavilə imzalamamağa qərar verib. Buna iqtisadi məsələlərin səbəb olduğu bildirilir.
 
Belə ki, klub Morata üçün 5 milyon avro icarə haqqını məqsədə uyğun hesab etməyib. Oyunçuya maaş məsələsində də problem yaranıb.
 
Bundan başqa, "Barsa"nın daha gənc oyunçu ilə müqavilə imzalamaq istədiyi bildirilib. 26 yaşlı Morata ilə "Atletiko", "Bavariya", "Borussiya" (Dortmund) və "Sevilya"nın maraqlandığı iddia olunur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31